CRENG layihəsi çərçivəsində magistratura səviyyəsində yeni ixtisasa tələbə qəbulu aparılıb

Hit: 389
CRENG layihəsi çərçivəsində magistratura səviyyəsində yeni ixtisasa tələbə qəbulu aparılıb
Azərbaycan Texniki Universitetində (AzTU) yeni açılan “Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” ixtisasına 2021/2022-ci il tədris ili üzrə ilk dəfə olaraq magistratura səviyyəsində tələbə qəbulu aparılıb.
 
Avropa İttifaqının maliyyələşdirdyi Erasmus+ KA2 proqramının “Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi” (CRENG) layihəsi çərçivəsində yaradılan ixtisas üzrə AzTU-ya 6 magistrant qəbul edilib.
 
Qeyd edək ki, “Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” ixtisaslaşması üzrə yeni və müasir tədris proqramı əsasında müvafiq təlim keçmiş professor-müəllim heyəti tərəfindən 13 fənn tədris ediləcək.
 
Xatırladaq ki, Nazirlər Kabinetinin 8 avqust 2020-ci il qərarı ilə CRENG layihəsi çərçivəsində AzTU-da “Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarəedilməsi” ixtisaslaşması ixtisas siyahısına daxil edilib.
 
Universitetdə yeni ixtisas üzrə 2020/2021-ci tədris ili üçün “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” proqramının “Nəqliyyat logistikası” ixtisaslaşması üzrə pilot tədris təşkil edilib.
 
2020/2021-ci tədris ilinin yaz semestrində 5 fənn üzrə tədris müvəffəqiyyətlə yerinə yetirilib. 








Redaktorun seçimi