Qürur və şərəf - Nuran Abdullayev yazır

Hit: 423
Qürur və şərəf - Nuran Abdullayev yazır
Pandemiya dövründə milyonları ölümdən və ağır xəstəlikdən qurtaran "Biontech"in qurucuları Priv.-Doz. Dr. Özlem Türeci və Prof. Dr. Uğur Şahin sabah Kölndə rəsmi olaraq təltif ediləcəklər. Xanım Henriette Reker cənab Uğur Şahinin və onun xanımının Kölnün "Qızıl Kitabına" adlarının salınması törənində iştirak edəcək.
 
Bundan başqa, Uğur Şahin və Özlem Türeci Prof. Dr. Gereon R. Fink tərəfindən Köln Universitetinin Tibb Fakultəsinin fəxri doktorluğuna da layiq görüləcəklər və rektor Prof. Dr. Dr. h.c. Axel Freimuth-un iştirakı ilə adları həmçinin Köln Universitetinin "Qızıl Kitabı"na da salınacaq.
 
Nəzərinizə çatdırım ki, Uğur Şahin 4 yaşında anası ilə Türkiyədən "Ford" şirkətində işləyən atasının yanına Köln şəhərinə köçmüşdür. 1984-1992-ci illərdə Köln Universitetinin Tibb fakultəsində təhsil almış və burada doktorluq işini bitirmişdir.
 
Fakultənin bir üzvü olaraq bu tarixi anlara şahidlik etmək xüsusi qürurvericidir.
 
Bəli, Köln Universiteti qürur və şərəfdir!
 
Nuran Abdullayev







Redaktorun seçimi