QMİ-nin Quba üzrə nümayəndəliyi "Ağ" məsciddə fəaliyyət göstərəcək

Hit: 1378
QMİ-nin Quba üzrə nümayəndəliyi  "Ağ" məsciddə fəaliyyət göstərəcək
Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəliyi adı çəkilən rayonun mərkəzində yerləşən "Ağ" məsciddə fəaliyyət göstərəcək.
 
Bu barədə Faktor.az-a QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov məlumat verib.
 
O, bildirib ki, bu günə qədər nümayəndəlik Quba şəhəri "Hacı Cəfər" məscidində fəaliyyət göstərib. Həmin məsciddə administrativ otaqların çatışmazlığından nümayəndəliyin yeni məscidə köçürülməsi zərurəti yaranmışdır. Quba şəhəri "Ağ" məscidi Quba şəhər bələdiyyəsinin balansında olmaqla Qafqaz Müsəlmanları İdarəsinin istifadəsindədir.
 
 Anar Eyyubovun bildirdiyinə görə,nümayəndəlik QMİ-nin vəzifə və funksiyalarını öz səlahiyyətləri çərçivəsində həyata keçirir,  bölgədəki islam dini icmalarının, din xadimlərinin  fəaliyyətinə nəzarət edir,öz səlahiyyətləri çərçivəsində onlara tapşırıqlar verir,hesabatlar tələb edir,məzhəbindən asılı olmayaraq dini icmaların əlaqələndirməsini təmin edir.








Redaktorun seçimi