Sumqayıt, Gəncə və Kürdəmirdə təhsil işçilərinin sentyabr konfransları

Hit: 210
Sumqayıt, Gəncə və Kürdəmirdə təhsil işçilərinin sentyabr konfransları
Sentyabrın 14-də Sumqayıt, Gəncə və Kürdəmirdə təhsil işçilərinin sentyabr konfransları keçirilib.
 
Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında keçirilən Sumqayıt şəhər, Xızı, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayon təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Sumqayıt şəhər icra hakimiyyətinin birinci müavini Teymur Səmədov, sözügedən rayon bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
 
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
 
Konfrası giriş nitqi ilə açan Sumqayıt şəhər icra hakimiyyətinin birinci müavini Teymur Səmədov konfrans işinə uğurlar arzulayıb.
 
Daha sonra nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov konfransda iştirak edən şəhər və rayonlar üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
 
Daha sonra çıxış edən məktəb direktorları ötən tədris ili üzrə əldə olunan uğurlar haqda məlumat veriblər.
 
Konfrans müzakirələrlə davam etdirilib, təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.  
 
 
 ***
Sentyabrın 14-də Gəncə və Naftalan şəhərlərinin, Göygöl, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının təhsil işçilərinin sentyabr konfransı keçirilib.
 
Konfransda Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə şəhər icra Hakimiyyətinin əməkdaşı  Azər İbrahimov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
 
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
 
Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov 2020-2021-ci tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən hesabatla çıxış edib. Eşqi Bağırov ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, sertifikasiya, ümumi təhsilin təşkili, idarə olunması və digər məsələlər barədə məlumat verib. Eşqi Bağırov yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə uğurlar arzulayıb.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov ümumtəhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılması üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, fəaliyyətin səmərəliliyinin artırılması, təmayülləşmə və digər məsələlər barədə çıxış edib. Mövzu ətrafında təhsil işçilərinin suallarını cavablandırıb.
 
Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və konfransın qərar layihəsi hazırlanıb.
 
***
Sentyabrın 14-də Kürdəmir rayonu 1 nömrəli tam orta məktəbdə Kürdəmir, Ucar, Zərdab və Göyçay rayonlarının təhsil işçilərinin sentyabr konfransı keçirilib.
 
Konfransda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini müvəqqəti icra edən Ağali Kərimli, Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, qeyd edilən rayon təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
 
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
 
Konfransda Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev adıçəkilən rayonların ötən tədris ili üzrə fəaliyyəti barədə, Biləsuvar liseyinin icraçı direktoru Bəhruz Mehdiyevin məktəb idarəetməsinin prioritetləri barədə çıxışları dinlənilib.
 
Konfrans müzakirələrlə davam etdirilib, təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.  







Redaktorun seçimi