Aqrar İnkişaf Könüllüləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olublar

Hit: 311
Aqrar İnkişaf Könüllüləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olublar
Aqrar İnkişaf Könüllüləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda qonaq olublar. 
 
Bu barədə Faktor.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, institutun direktoru Faiq Xudayev könüllülərə institutun fəaliyyət istiqamətləri və orada aparılan işlər haqqında qısa məlumat verib.
 
Vurğulanıb ki, son zamanlar aqrar sahədə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun xüsusi rolu var. Həmçinin könüllülərə institutda aparılan elmi-tədqiqat işləri, respublikamızın regionlarından, cümlədən xarici ölkələrdən gətirilmiş müxtəlif növ bitki və toxum sortları barədə geniş məlumat verilib. 
 
Sonra könüllülər Əkinçilik Elmi-Tədqiqat İnstitutunun muzeyində, 40 min kitaba sahib kitabxanasında, laborotoriyada olublar. Bundan başqa, könüllülər institutun Genbankı ilə, eləcə də təcrübə sahələrində əkilən soya və kinoa bitkiləri ilə də tanış olublar.







Redaktorun seçimi