Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib - FOTOLAR

Hit: 1122
Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib - FOTOLAR
Avqustun 25-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləmək üçün Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.
 
Mediatur Təhsil Nazirliyinin əməkdaşları, tanınmış ictimaiyyət nümayəndələri və KİV təmsilçilərinin iştirakı ilə baş tutub.
 
Mediatur iştirakçılarına bildirilib ki, avqustun 18-dən başlanan müsahibə mərhələsində müsabiqənin test imtahanında 30 və daha yüksək bal toplamış namizədlər iştirak edir. Müsahibələr mərkəzləşdirilmiş formada yalnız Bakıda təşkil olunub və avqustun 26-dək davam edəcək. Müsahibə mərhələsinə fənlər üzrə ümumilikdə 4 973 namizəd dəvət olunub.
 
Qeyd edilib ki, 23 müsahibə komissiyası tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq proqrama uyğun olaraq komissiya tərəfindən yoxlanılır. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar. Bu günədək müsahibə mərhələsində 3 mindən çox namizəd iştirak edib.
 
Mediatur zamanı iştirakçıları maraqlandıran digər suallar da cavablandırılıb
1
1
1
1
1
1
1
1







Redaktorun seçimi