“Azərbaycanının sosial dövlət olmasını mən Kanadada hiss etdim” - FOTOLAR

Hit: 1815
“Azərbaycanının sosial dövlət olmasını mən Kanadada hiss etdim” - FOTOLAR

Kanadada yaşayan soydaşımız Rəna Müslümovanın müsahibəsi

2007-ci ildən Kanadanın Monreal şəhərində yaşayan Rəna Müslümova Bakıda anadan olub, və böyüyüb. Ailəlidir, 3 övladı var və hər biri Kanadada dünyaya gəlib. Uzun illərdir Monrealda ictimai işlərlə məşğul olan Rəna Müslümova Monrealda yaşayan azərbaycanlıları bir araya toplayıb müxtəlif festival və tədbirlərdə Azərbaycanı təmsil etmişdir. 2015-ci ildə Kanadada keçirilmiş parliament seçkiləri ərəfəsində yaşadığı Brossard-Saint-Lambert seçki dairəsindən Liberal partiyasından olan deputat Alexandra Mendes və onun komandası ilə 1 aydan çox beneval işləmiş, parliament seçkiləri günü isə seçkinin nəticələrinin doğruluğunu yoxlayan komissiya üzvü kimi fəaliyyət göstərmişdir və beləliklə, Liberal partiyasının Brossard-Saint-Lambert seçki dairəsində keçirdiyi bir sıra tədbir və ziyafətlərə dəvət alır.

20 may 2019-cu ildə Monreal Kanada-Azərbaycan Cəmiyyəti” (The Azerbaijani Society of Canada in Montreal) təşkilatını qeydiyyatdan keçirtmiş və o vaxtdan qatıldığı tədbirlərdə bu cəmiyyətin adı ilə iştirak etmişdir. 2014-cü ildən etibarən, hər il 24 aprel tarixində Montreal, Ottava, Torontoda fəaliyyət göstərən Türk icma və təşkilatlarının təşkil etdiyi erməni soyqırımı yalanına qarşı olan etiraz mitinq və yürüşlərində Azərbaycan adına iştirak etmiş və bu yürüşlərə Montreal, Ottava, Torontoda yaşayan soydaşlarımızı da qoşulması üçün təşviq edərək yaratdığı “Azerbaijanis in Canada”, “Azerbaijanis in Montreal” social şəbəkə qruplarında bu haqda məlumatlar yerləşdirir. Rəna Müslümova yalnız Monrealda deyil, həmçinin Ottava və Torontoda təşkil olunan tədbir və yürüşlərdə də əsasını qoyduğu cəmiyyəti və şəxsən öz adından iştirak edir. Yeni təşkilatın yaradılmasında məqsədi isə Kvebek əyalətinin müxtəlif şəhərlərində yaşayan soydaşlarımızı bir araya gətirmək, Azərbaycan mədəniyyətini və tarixini, milli- mənəvi dəyərlərini yerli əhali arasında təbliğ və təşviq etmək, onların diqqətini ölkəmizin keçdiyi yola və inkişafına cəlb etməkdir. İllər öncə Kanadaya gəldiyimdə nə zamansa diaspora fəaliyyəti göstərəcəyimi düşünməmişdim. Vətən sevgisi, Azərbaycanı uzaq, soyuq Kanadada tanıtmaq istəyi digər soydaşlarımızla bərabər təşkilatlanıb diaspora fəaliyəti göstərməyə gətirib çıxartdı. Kanadanın digər əyalət və şəhərlərində yaşayan soydaşlarımızın Vətənimiz Azərbaycan adına gördüyü işlərdən ruhlanaraq, Montreal şəhərində yaşayan icmamızla bərabər öz vəsaitlərimiz hesabına diaspor fəaliyyəti göstərməyə başladıq.

Çox gözəl haldır ki, azərbaycanlıların ölkə hüdudlarından kənarda yaratdıqları diaspor təşkilatlarına, diasporumuzun inkişafına Azərbaycan dövlətinin xüsusi diqqət və qayğısı var. Dünyanın müxtəlif ölkə və şəhərlərində yaşayan soydaşlarımızın diaspora fəaliyyətini izlədikcə bu qaygı və diqqətin nəticəsində, soydaşlarımızın uğurlarına, nailiyyətlərinə çox sevinirik. Çünki hər kəs çox yaxşı bilir ki, hər bir uğurlu nəticənin arxasında zəhmət, əzmkarlıq və bu işə sərf olunan enerji, vaxt durur. Dünyanın bütün istiqamətlərində böyük bir coğrafiyanı əhatə edən Azərbaycan diasporu Prezident İlham Əliyevin başçılığı ilə dövlətimizin diqqəti altındadır. Prezident İlham Əliyevin çıxışında “Mən 50 milyonluq azərbaycanlının Prezidentiyəm” fikrini qətiyyətlə deməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın heç də tək olmadığının, dövlətimizin timsalında ən böyük dəstəkçilərinin olduğunu sübut etmişdir və bu, xarici ölkələrdəki Azərbaycan diasporunun rəhbər tutaraq gördüyü əsas məntiqdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diaspor quruculuğu işinin təkmilləşdirilməsinə, xarici ölkələrdə yaşayan soydaşlarımızın problem və qayğılarının həllinə xidmət edən fərman və sərəncamlarını vurğulamaq yerinə düşər. Ötən illər ərzində diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çəkilib. Diaspor təşkilatlarının problemlərinin aradan qaldırılması istiqamətində fəaliyyət, onların fəaliyyətinin milli maraqlarımızın gerçəkləşdirilməsinə yönəldilməsi yönündə dövlət siyasəti xüsusilə təqdirəlayiqdir. Ümumiyyətlə xarici ölkələrdə yaşayan azərbaycanlılara dövlət qayğısı və diqqəti həmişə olub. Xarici ölkələrdəki diaspor cəmiyyətlərimiz ümummilli məsələlərlə bağlı həyata keçirilən dövlət siyasətinə böyük dəstək verməkdədirlər. Təbii ki, bütün bunlar diaspor quruculuğuna dövlət qayğısının artmasının nəticəsidir. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diasporu dövlətin qayğısını həmişə öz üzərində hiss edib. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı diaspor təşkilatlarımızın fəaliyyətinə stimul verir.

Məhz bu diqqət və qayğını, Azərbaycan dövlətinin hərtərəfli dəstəyini hiss edən xaricdəki soydaşlarımız və diaspor təşkilatlarımız öz fəaliyyətlərini daha da gücləndirməyə çalışırlar. Yəni, bu gün Azərbaycan diasporu məhz bu qayğı və diqqət nəticəsində varlığını hər bir ölkədə əyani şəkildə ortaya qoya bilir. Təbii ki, biz də bu diqqət və qayğını göz önünə alaraq öz fəaliyyətimizi daha dinamik və səmərəli istiqamətdə qurmağı planlaşdırırıq.

Biz müstəqil Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasətini dəstəkləyir, yeni növ koronavirus pandemiyası dönəmində dövlətimizin həmvətənlərimizə həssas münasibət, diqqət, qayğı, mənəvi və maddi dəstək nümayiş etdirməsinə görə qurur hissi keçiririk. Bu baxımdan xaricdə yaşayan soydaşlarımıza maddi və mənəvi dəstək göstərən Diasporla İş üzrə Dövlət Komitəsinin uğurlu fəaliyyətini qeyd etmək yerinə düşər. Doğma ocaq kimi qəbul etdiyimiz Dövlət Komitəsi ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızın birləşməsi, təşkilatlanması, dövlətimizin maraqlarını qorumağa qadir böyük qüvvəyə çevrilməsi işində müstəsna rol oynamışdır. Dövlət Komitəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir və Komitə diasporun birləşməsi və təşkilatlanması istiqamətində mühüm işlər və müxtəlif layihələr həyata keçirmişdir. Dünya dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşmaq və onların daxili işlərinə müdaxilə etməmək Azərbaycanın beynəlxalq aləmlə münasibətlərində və qarşılıqlı əlaqələrində əsas prinsiplərdir.

Bu baxımdan digər dövlətlər də, o cümlədən Kanada gərək Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşsın. Biz ikinci vətən seçdiyimiz bu ölkədən sosial dövlət kimi problemlərimizə həssas münasibət göstərməsini gözləyirik. Məhz Azərbaycan kimi. Azərbaycanının sosial dövlət olmasını mən Kanadada hiss etdim. Bu günlərədə yaradılmasının 19-cü ildönümü münasibətilə  Diasporla İş üzrə Dövlət Komitəsinin  sədri hörmətli Fuad Muradov başda olmaqla, Dövlət Komitəsinin çox dəyərli əməkdaşlarını, Montreal Kanada-Azərbaycan Cəmiyyəti adından ürəkdən təbrik edib, möhkəm can sağlıgı, bol-bol uğurlar arzu edirəm.

Fəaliyyət göstərdiyim illər ərzində  Diasporla İş üzrə Dövlət Komitəsinin diqqət və qayğısı yeni uğurlu işlərə imza atmağa, daha da geniş fəaliyyət göstərib, yeni- yeni nailiyyətlər əldə etməyə bizi ruhlandırır. Əminəm ki, bundan sonra da milli dəyərlərimizin, mədəni irsimizin təbliğinə,Vətənimiz Azərbaycan adına görəcəyimiz hər bir işlərədə uğurlu əməkdaşlığımız olacaq. Ümüd və arzu edirəm ki, Vətənimiz Azərbaycan adına qarşıya qoyduğumuz, hədəflərimizdə bol-bol uğurlar əldə edib, məqsəd və məramlarımıza nail olacağıq.

1
1
1
1
1
1
1
1








Redaktorun seçimi