Gürcüstanda yeni Əhli-beyt məscidi istifadəyə verildi - FOTOLAR

Hit: 1163
Gürcüstanda yeni Əhli-beyt məscidi istifadəyə verildi - FOTOLAR
Marneuli rayon Böyük Muğanlı kənd məscidinin əsaslı bərpa və təmirdən sonra açılış mərasimi keçirilib. Mərasimdə yerli kənd sakinləri ilə birgə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, millət vəkili, yerli rəhbərliyin nümayəndələri və Azərbaycanın ölkəmizdəki səfirliyinin əməkdaşları, din və ictimaiyyət xadimləri iştirak edib.
 
Qurani-Kərimin tilavəti ilə başlayaraq Azan sədası ilə sona çatan mərasimdə məscidin əhəmiyyəti, məscid inşa etmənin fəziləti və ilk olaraq 1913-cü ildə inşa edilən həmin  məscidin tarixçəsi və xeyriyyəçiləri haqqında danışılıb.
 
Çıxışların sonunda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və başqaları xeyirxah kənd sakini Elnar Əliyevə, qardaşlarına və məscidin təmirinə dəstək göstərən hər kəsə təşəkkür edib, Allahdan əcr diləyib. Sonra ona maddi dəstəyinə görə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən təşəkkürnamə və Quran hədiyyə edib. Şeyx məscidi üzərində olan qədim kətibədəki yazıya əsasən Əhli-beyt məscidi olaraq adlandırıb.
1
1
1
1
1
1
1








Redaktorun seçimi