BDU TGT 6 ayda 120-dən çox tədbir, layihə, müsabiqə və s. keçirib

Hit: 379
BDU TGT 6 ayda 120-dən çox tədbir, layihə, müsabiqə və s. keçirib
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) cari ilin ilk altı ayı dövründə tələbə gənclərin Universitetin ictimai həyatında fəal iştirakı, təhsilalanlarla tərbiyə işinin təkmilləşdirilməsi, tələbələr arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ideyalarının, milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və s. təbliği, gənclərin ölkənin və Universitetin ictimai-mədəni, sosial-iqtisadi həyatına daha fəal cəlb olunması istiqamətində 120-dən çox tədbir, görüş, təlim, seminar, müsabiqə, layihə və s. həyata keçirmişdir.
 
BDU TGT gənclərin vətənpərvərlik ruhunda aşılanmasında mühüm tədbirlər həyata keçirmiş, tarixi və əlamətdar günlər, tarixi şəxsiyyətlər, görkəmli dövlət və ədədbiyyat xadimlərinin yubileyləri münasibətilə silsilə tədbirlər, layihələr hazırlayaraq reallaşdırmışdır.
 
BDU TGT ölkəmizin digər ali təhsil müəssisələrinin tələbə təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurur,  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəaliyyətində yaxından iştirak edir.
 
Onu da qeyd edək ki, BDU-da tələbə təşkilatları, o cümlədən TGT-nin fəaliyyətinin genişləndirilməsi üçün bütün şərait yaradılmış, tələbə təşkilatlarının Universitetin ictimai həyatında yaxından iştirakı üçün zəruri tədbirlər görülür. Tələbələrin sosial fəaliyyətinin strategiyasında dəyişikliklər, tələbə-gənclər təşkilatları və tələbə klublarının fəaliyyətlərinin gücləndirilməsi, tələbələrlə əlaqələrin möhkəmləndirilməsi, gənclərin potensialının artırılması, beynəlxalq əməkdaşlığın və ölkə daxilindəki digər qurumlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılır.
 
 







Redaktorun seçimi