İsmayıllının Topçu kəndində sakinlərlə görüş keçirilib

Hit: 411
İsmayıllının Topçu kəndində sakinlərlə görüş keçirilib
Rayon İcra Hakimiyyəti başçısı bir qrup Topçu kənd sakinləri ilə görüşüb. Mövcud pandemiya qaydalarına uyğun keçirilən görüşdə kənd sakinləri dinlənilib, problemlərinin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verib.
 
Rayon rəhbəri çıxış edərək bildirib ki, kənd gözəl təbiəti, bərəkətli torpaqları, mehriban insanları ilə seçilir. Topçu kəndinə turistlərin  cəlb olunması üçün geniş imkanlar mövcuddur. Bu imkanlardan istifadə edərək burada kənd turizmini inkişaf etdirə bilərik. O,həmçinin bildirib ki, bu işdə gənclərin fəallığını artırmaqla bu sahəyə dəstək olmaq və gənc ailələri kənd turizminin inkişafına cəlb etməklə onların maddi rifahına yardım göstərmək olar. Bunun üçün  bu sahədə maarifləndirmə işlərini geniş həyata keçirmək lazımdır.
 
RİH başçısı Topçu kəndində yeni istehsal müəssisəsinin “Coca-Cola” zavodunun tikintisinə başlanılacağını vurğulayıb. Qeyd edib ki, məşğulluğun, eləcə də rayonun inkişafına təkan verən bir çox məqsədlərlə həyata keçiriləcək bu layihə kənddə də işsizliyin aradan qaldırlmasına səbəb olacaqdır. Layihə çərçivəsində  900 nəfərə yaxın iş yerinin açılmasının nəzərdə tutulduğunu kənd çamaatının diqqətinə çatdırıb.
 
Kənd sakinləri ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevə və layihənin İsmayıllıda həyata keçirilməsində rolu olan hər bir kəsə dərin minnətdarlıqlarını bildiriblər.
 
Xatırladaq ki, 01 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə “Azərbaycan Coca-Cola Bottlers Limited” MMC arasında Azərbaycanda iqtisadi sabitliyin, əlverişli biznes mühitinin və ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi üçün yönəlmiş siyasətin nəticəsi olaraq Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda İsmayıllı rayonunun Topçu kəndində yeni zavodun tikintisi nəzərdə tutulub.







Redaktorun seçimi