Azərbaycan dövlət-diaspor əməkdaşlığının üfüq xətti - Yəhya Babanlı yazır

Hit: 1205
Azərbaycan dövlət-diaspor əməkdaşlığının üfüq xətti - Yəhya Babanlı yazır

Dünya boyda Bayrağımız Qarabağda, Şuşada...

Bu gün üfüqün dörd əsas və dörd aralıq cəhətindən də Qarabağ, Şuşa göründü. 
 
İndiyədək, 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan dövlət-diaspor üfüqünü hüdudlayan xəttə Qarabağ adı vermək mümkün idi.
 
Məhz üfüq xəttinə qədər görünən məsafəni təyin etmək üçün fəaliyyətə baxdıqda “Dövlət-Diaspor bərabərdi Qarabağ” düsturunu açıq mərhələdə görə bilirdik. 
 
Bütün bunların nəticəsində, birlik və həmrəylik nümayiş etdirməklə “Dəmir Yumruq” sayəsində “Zəfər yolu”na varid olduq. 
 
Bu xüsusda, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə hazırda Ana Vətəndə olan Azərbaycan diaspor təmsilçilərinin əzəli və əbədi yurd yerimiz olan Qarabağa, Şuşaya səfər etməsi və burada “Zəfər marşı” səsləndirməsi böyük gedişdir. 
 
Bütün sahələrdə olduğu kimi, post müharibə dövründə müasir dünyanın atributuna çevrilən diasporla iş də yeni eraya daxil olub. 
 
Qalib və məğrur Azərbaycan diasporunun qarşısında S.M.A.R.T. məqsədlər qoyulub.
Milli inkişaf, regional sabitlik və bəşəri sülh əsas meyar hesab olunur.
Obyektiv mənzərə fonunda lokal yox, qlobal layihələr həyata keçirmək, platformalarda iştirak etmək və beynəlxalq münasibətlər sisteminə daxil olmaq perspektiv fəaliyyət planının tərkib hissəsidir. 
 
Məlumdur ki, vaxtilə erməni məkri hücumlar ilə üzləşdiyindən müdafiə mövqeyində qaldığından müdrik dəsti-xəttindən kənara çıxan Azərbaycan diasporu bundan sonra  “qaranı ağartmaqla məşğul olmayacaq, daha fundamental və səmərəli addımlar atacaqdır. 
 
İnanırıq ki, hər bir diaspor nümayəndəsi gec-tez bu müqəddəs yerləri  gedib görəcəklər.
Çünki, bütövlükdə Azərbaycan xalqının təbii haqqıdır. 
 
“Gözün aydın, dünya azərbaycanlıları!” xitabı təsadüfün deyil, zərurətin mesajı idi. 
 
Bir sözlə, İlahi ədalətin yaratdığı real vəziyyətdə Azərbaycan diasporu artıq nəinki qalib və məğrur tərəfdir, hətta sülhün rəmzi və birgəyaşayışın özüdür. 
 
Son dövrlər Azərbaycan diasporunun “Zəfər yolu”nda  “Qarabağ Atı” ilə  “Cıdır düzü”nə gedişi gələcək perspektivdə açıq üfüqlərə doğru hərəkət-fəaliytət üçün hay-tek üslublu konseptin ən unikal dizaynıdır.
 
Yəhya Babanlı








Redaktorun seçimi