AQSİA nümayəndələri Balakəndə kənd qadınları ilə görüşüblər - FOTOLAR

Hit: 800
AQSİA nümayəndələri Balakəndə kənd qadınları ilə görüşüblər - FOTOLAR
AQSİA İcraçı katibi Mətanət Ağamirli və  İdarə Heyətinin üzvü Afət Həsənova Balakən rayonu Qaysa kəndinin sahibkar qadınları ilə bir araya gəliblər.  RİH başçısının müavini Mehbarə Əliyevanın  təklifi və vasitəçiliyi ilə baş tutan görüşdə kənd sahibkar xanımlarla fikir mübadiləsi aparılıb. 
 
AQSİA təmsilçiləri sahibkar xanımları qurum haqqında   bilgiləndirərək Assosiasiyanın müxtəlif təşkilatlarla bölgələrdə biznesin inkişafı istiqamətində birgə layihələr həyata keçirdiyini diqqətə çatdırıblar.
 
Balakəndə əsasən xanımların quşçuluqla, mürəbbə-cem istehsalı ilə, şirniyyat sexlərində çalışmaqla məşğul olduğu bildirilib. AQSİA-nın gələcəkdə  bölgələrin sahibkar xanımları ilə  planlaşdırdığı görüş və layihələrin faydalı olacağı ilə bağlı fikirlər də səsləndirilib.
1
1
1
1
1
1
1








Redaktorun seçimi