Jurnalistika fakültəsində növbəti elmi seminar keçirilib

Hit: 327
Jurnalistika fakültəsində növbəti elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində növbəti onlayn elmi seminar keçirilib.  Multimedia və elektron kommunikasiya kafedrasının doktorantı Mətanət Hüseynova “Televiziyanın maarifləndirmə prosesində cəmiyyətə əsas təsir formaları” adlı məruzə ilə çıxış edib.
 
Doktorant Mətanət Hüseynova çıxışında kütləvi informasiya vasitələri içərisində televiziyanın qavrayış bütövlüyünə nail olunmasında daha güclü təsir imkanlarına malik olmasından bəhs edib. O, televiziyanın cəmiyyətin maarifləndirilməsi prosesində ənənəvi KİV ilə müqayisədə təsir imkanları baxımından bir addım öndə olduğuna diqqət çəkib. Çıxışdan sonra Mətanət Hüseynova seminar iştirakçılarının suallarını cavablandırdıb.
 
Daha sonra doktorant və dissertasiya mövzusu barədə qısa məlumat verib və seminar iştirakçılarına öz təşəkkürünü bildirib.
 
Seminarda iştirak edən doktorantın elmi rəhbəri, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Allahverdi Məmmədli, kafedranın professoru Qulu Məhərrəmli, dosent Sevinc Məmmədova, muəllimlərdən Əli Hacıyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru Nəsir Əhmədli çıxış edərək mövzu ilə bağlı rəylərini bildiriblər.








Redaktorun seçimi