BDU-nun Qazax filialında yay imtahan sessiyası uğurla davam edir

Hit: 416
BDU-nun Qazax filialında yay imtahan sessiyası uğurla davam edir
Bakı Dövlət Universitetinin Qazax filialında 2020-2021-ci tədris ilinin iyunun 7-dən  başlayan yaz semestrinin imtahan sessiyası uğurla davam edir. 02 iyul 2021-ci il tarixinə qədər davam edəcək imtahanlar gün ərzində 2 növbədə olmaqla onlayn qaydada keçirilir.
 
Bakalavr səviyyəsi üzrə 59 qrupda 1138 tələbə, magistratura pilləsi üzrə isə 11 tələbə imtahanlarda iştirak edir. Sessiyada bakalavr səviyyəsi üzrə 338, magistratura pilləsi üzrə isə 27 imtahan keçiriləcəkdir.
 
Yaz sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı filialda İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Daxil olan müraciətlərin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.








Redaktorun seçimi