“Hər Şəhid Bir Çinardır”

Hit: 569
“Hər Şəhid Bir Çinardır”
Odlar Yurdu universitetində Vətən Müharibəsi şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyin təşkilatçılığı ilə həyata keçirilən “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. 
 
Tədbirdə qazilər, şəhid ailələrinin üzvləri, şəhid övladları, Türkiyə Respublikasının səfirliyi, Müdafiə Nazirliyi, rektorlar, xalq və əməkdar artistlər və KİV nümayəndələri iştirak etmişlər.
 
Yazı müsabiqəsində Bakı şəhərində təhsil alan 9-11 sinif şagirdləri iştirak ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq şəhidin qəhrəmanlığı, cəsurluğu, vətənpərvərliyi, nümunəviliyi kimi xüsusiyyətlər canlandırılmalı və seçilən qəhrəman Qarabağ müharibəsində şəhid olanlardan biri olmalıdır. Müsabiqə üçün 428 yazı təqdim edilib, ilk mərhələdə hər fərdin bir işi nəzərə alındıqda yekun yazı sayı 350 olub. İlk mərhələdəki qiymətləndirmədən 350 yazı arasından 50 yazı seçilib və tanınmış filoloq və ədəbiyyatçılardan ibarət olan münsiflər heyəti tərəfindən 20 yazı qalib olaraq qiymətləndirilib. Müsabiəqədə 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülüb, 14 nəfər isə fərqlənmiş olaraq qiymətləndirilib. Müsabiqədə paytaxtın 9 rayonunu təmsil edən 20 tədris ocağı mükafatçılar sırasına düşmüşdür. 
Müsabiqədə iştirak edən Binəqədi rayon 102 saylı tam orta məktəbin 11b  Nəcəfova Ruqəyya Seyran qızı II yerə layiq görülmüş, 217-nömrəli tam orta məktəbin 10b sinif şagirdi Paşazadə Xədicə Telman qızı və 297 nömrəli tam orta məktəbin 11c sinif şagirdi İskəndərli Nəzrin Əfqan qızı Təşəkkürnamə ilə təltif olunmuşdur. Eyni zamanda inşa yazıların yoxlanılmasında yaxından köməklik göstərən  Binəqədi rayon orta ümumtəhsil məktəblərinin azərbaycan dili və ədəbiyyatı müəllimləri də müsabiqənin təşkilatçıları tərəfindən Təşəkkürnamə və müxtəlif hədiyyələrlə  mükafatlandırılmışlar. 
 
Qeyd edək ki, müsabiqənin məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və Vətən müharibəsində şəhid olan bütün vətən övladlarını hafizələrərə əbədi həkk etməkdir.
 
Tədbirdə şəhid general- Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanım, "Murov qartalı" ləqəbli şəhid polkovnik- leytenant Raquf Orucovun həyat yoldaşı fəxri qonaq qismində iştirak etmişlər. Tədbirin sonunda onlar şəhid övladlarına təşkilatçılar tərəfindən hazırlanmış hədiyyələri təqdim etmişlər. 








Redaktorun seçimi