Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlanılıb

Hit: 464
Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlanılıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.
 
Bu barədə Faktor.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
 
Bildiirlib ki, "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub.
 
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.








Redaktorun seçimi