Biləsuvar rayon Ağsaqqallar Şurası nəcib aksiya həyata keçirib

Hit: 1167
Biləsuvar rayon Ağsaqqallar Şurası nəcib aksiya həyata keçirib
Biləsuvarda  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi və Biləsuvar rayon Ağsaqqallar Şurası nəcib aksiya həyata keçirdi.
 
15 iyun 2021-ci il tarixdə Biləsuvar rayonunda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin bir qrup üzvü birliyə təhkim olunmuş əkin torpağında becərilmiş arpa məhsulundan 8 ton ayıraraq  daha çox ehtiyacı olan Vətən Müharibəsi qazilərinə paylanması üçün nəcib təşəbbüs göstərmişlər. Biləsuvar rayon Ağsaqqallar Şurası da bu nəcib aksiyaya qoşularaq 13 ton arpa məhsulu göndərmişlər. Ümumilikdə 21 ton arpa daha çox ehtiyacı olan  60 nəfər Vətən Müharibəsi qazilərinin ailələri ziyarət olunaraq onlara paylanıldı.
 
Bu məqsədlə keçirilən tədbirdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov göstərdikləri  nəcib təşəbbüsə görə həm  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə, həm də  Biləsuvar rayon Ağsaqqallar Şurasına öz təşəkkürünü bildirmişdir.








Redaktorun seçimi