Tələbə - gənclər təşkilatlarının sədr və sədr müavinləri ilə görüş keçirildi

Hit: 584
Tələbə - gənclər təşkilatlarının sədr və sədr müavinləri ilə görüş keçirildi
Gənclər və idman nazirinin müavini İntiqam Babayevin iştirakı ilə tələbə-gənclər təşkilatlarının sədr və sədr müavinləri ilə görüş keçirildi.
 
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində keçirilən görüş zamanı nazir müavini Ümummilli liderin banisi olan müstəqil dövlətimizin qurulmasındakı xidmətlərindən, onun gənclərə olan qayğısından geniş məlumat verildi. Vətən müharibəsində ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbəyə nail olunmasında Azərbaycan xalqının və vətənpərvər gəncliyin sarsılmaz birlik və həmrəyliyi barədə danışıldı.
 
Pandemiya dövründə TGT-ın fəaliyyəti, ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti, tələbələrin ictimai həyatda fəallığının zəruriliyi də görüş çərçivəsində müzakirə edildi. 
 
Daha sonra tələbə-gənclər təşkilatlarının nümayəndələri ilə işğaldan azad edilmiş ərazilərin bərpası prosesində, eyni zamanda beynəlxalq əməkdaşlıq və digər sahələrdə fəal iştirakı haqqında fikir mübadiləsi aparıldı. 
 
Görüş çərçivəsində tələbə-gənclər təşkilatları ilə əməkdaşlıq perspektivləri müzakirə edildi və gənclərin çoxsaylı sualları cavablandırıldı.
 








Redaktorun seçimi