Pilot layihənin icrasına başlanılıb

Hit: 521
Pilot layihənin icrasına başlanılıb
Azərbaycan Texniki Universitetində (AzTU) “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində pilot layihənin icrasına başlanılıb.
 
Layihə Erasmus+KA2 n° 609944-EPP-1-2019-1-LT-EPPKA2-CBHE-JP proqramı çərçivəsində həyata keçirilir.
 
Pilot layihənin icrasında əsas tərəfdaş - Aqrar Elm və İnnovasiya Mərkəzi də iştirak edir.
 
Qeyd olunub ki, pilot layihə çərçivəsində fərdi heyvandarlıq təsərrüfatlarında mövcud olan müxtəlif növlərə aid kənd təsərrüfatı heyvanlarının  yemə olan illik tələbatı, həmin yemlərin istehsal edilməsi üçün tələb olunan əkin sahəsinin hesablanması üzrə kalkulyator işlənib hazırlanacaq və istifadəyə veriləcək.
 
Yem kalkulyatoru fərdi ailə təsərüfatları və kiçik fermer təsərüfatlarının istifadəsi üçün nəzərdə tutulub. Yem kalkulayoruna olan tələbi daha dəqiq müəyyən etmək məqsədi ilə sorğunun keçirilməsi də planlaşdırılır.
 
Layihə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən icra ediləcək. Layihənin icrasına magistratura və doktorantura tələbələri cəlb ediləcək.








Redaktorun seçimi