"Qoş, Duy, Sev" - "Xəzər FM" 13 illiyini qeyd edir

Hit: 886
"Qoş, Duy, Sev" - "Xəzər FM" 13 illiyini qeyd edir
Bu gün ölkənin ən çox dinlənilən radiolarından biri olan "Xəzər FM" yarandığı gündür. Belə ki, radio öz fəaliyyətinə 2008-ci ilin 10 may tarixində başlayıb və bu illər ərzində aktuallığını qoruyub saxlayıb. 
Ən müasir radio texnologiyası ilə təchiz olunan "Xəzər FM"də əsasən yerli və dünya musiqiləri yayımlanmaqdadır. Musiqi ilə yanaşı bizi Qarabağımıza qovuşduran möhtəşəm qələbəmizin fonunda "Xəzər Xəbər"in radiodakı fəaliyyəti də artdı. Belə ki, hazırda radio dinləyiciləri həm də müntəzəm olaraq informasiya ilə təmin etməkdədir.
 
Bundan əlavə, həftə içi yayımlanan "Birinci Şou", "İkibaşlı Söhbət" verilişləri informasiya və əyləncə axtarışında olan hər kəsin sevimlisinə çevrilib. Həftəsonlarında isə 103 FM alternativ və elektron musiqilərlə gənclərin xüsusi rəğbətini qazanıb.
 
"Xəzər FM" ötən ildən etibarən həm də "Qoş, Duy, Sev" şüarı ilə dinləyicilərin qarşısına çıxıb.  Qoş ki, duya biləsən, duy ki, sevə biləsən! Çünki sevgi hər şey üçün ən əsasdır. "Xəzər FM" də dinləyicilərin sevgisinə əsaslanır.








Redaktorun seçimi