Onun həyat fəlsəfəsi müdriklik, mükəmməllik və müfəssəllikdir

Hit: 723
Onun həyat fəlsəfəsi müdriklik, mükəmməllik və müfəssəllikdir

Azərbaycan və azərbaycanlılar BOYDA

Heydər Əliyev dühası Azərbaycan dövlətçiliyini qoruyan meyar və dünya azərbaycanlılarını birləşdirən dəyərdir.
 
O, harada Azərbaycan bayrağı, harda azərbaycanlı varsa oradadı, yaşayır, vardır.
O, milli dövlətçilik atributu və vahidlik ideologiyası olan azərbaycançılığın ideoloqudur.
O, Azərbaycan diasporunun formalaşması və inkişafının strateqi və memarıdır.
O, bütöv Azərbaycanın və həmrəy azərbaycanlıların flaqmanıdır.
O, müstəsna xidmətləri müqabilində planetin beş qitəsində yurd salan və məskunlaşan azərbaycanlıların qəlbində əbədi taxt-taca sahiblənmişdir.
O, bir “Hakimiyyət ustası” kimi insanların şüurunda alınmaz qala qurmuşdur.
O, böyük bir xalqın mübaliğəsiz, təkrarsız və əvəzolunmaz fenomendir.
O, daim minnətdarlıq hissi ilə anılan unikal şəxsiyyətdir.
O, möhtəşəmdir - 
 
Onun həyat fəlsəfəsi müdriklik, mükəmməllik və müfəssəllikdir.
 
Onun öz bəsirəti ilə yaratdığı təlim-məktəb Zəfərə aparan uzun və uğurlu yoldur.
 
O, Azərbaycanın və dünya azərbaycanlılarının şəksiz və şəriksiz ümummilli lideridir.
 
Yəhya Babanlı








Redaktorun seçimi