“İMZA”çılar Ulu Öndərin əziz xatirəsini anıblar

Hit: 683
“İMZA”çılar Ulu Öndərin əziz xatirəsini anıblar
“İMZA” - İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbər heyəti, kollektivin üzvləri və könüllüləri ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.
 
İctimai Birliyin Beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədli Faktor.az-a bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycançılıq məfkurəsini, Vətənə və millətə xidmət ideallarını özü üçün əsas ideoloji xətt olaraq müəyyənləşdirmiş “İMZA”çıların adından böyük siyasətçinin məzarı önünə əklil və gül dəstələri qoyulub. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
 
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
 
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları da ziyarət olunub.








Redaktorun seçimi