Arzu Bağırovanın dəstəyi ilə gənclər "Hərbi Qənimətlər Parkı"na səfər ediblər - FOTOLAR

Hit: 656
Arzu Bağırovanın dəstəyi ilə gənclər "Hərbi Qənimətlər Parkı"na səfər ediblər - FOTOLAR

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin təşkilatçılığı, YAP Masallı rayon Gənclər Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovanın dəstəyi ilə Masallı gəncləri "Hərbi Qənimətlər Parkı"na səfər ediblər. 

Daha sonra gənclər İkinci Fəxri Xiyabanı ziyarət ediblər. Gənclərimiz şəhidlərin məzarı üstünə gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad ediblər. Arzu xanım "Hərbi Qənimətlər Parkı"na və fəxri xiyabana gənclərlə birlikdə səfərindən sonra, gənclərimizi ofisində qonaq edib.

Görüşdə Masallı Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru -Vafiq Xəlilov iştirak edib. Vafiq Xəlilov Arzu xanıma  Masallı Gənclərini   diqqətdə saxlayaraq onlara hər zaman diqqət və  qayğı göstərdiyinə  görə  rayon gəncləri  adından təşəkkür edib.

1
1
1
1
1








Redaktorun seçimi