DATÜB Ahıskalı şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində yeni layihəyə başladı

Hit: 1087
DATÜB Ahıskalı şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində yeni layihəyə başladı
Dünya Ahıska Türkləri Birliyi (DATÜB)  İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən axısxa türkü şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində yeni layihəyə start verdi.
 
Layihə haqqında məlumat verən DATÜB mətbuat katibi Mövlud İşık, layihə çərçivəsində DATÜB sədri Ziyəddin Kassanov'un təlimatı ilə Şabran, Quba, Zaqatala, Samux, Yevlax, Saatlı, Sabirabad rayonlarından olmaqla toplam 7 rayon və 9 kənddən olan axısxa türkü səhidlərin ailələrini ziyarət edərək, valideynləri və doğmaları ilə video müsahibələr ediləcəyini deyib.
 
Mövlud İşık, DATÜB sədri Ziyatdin Kassanovun çıxışlarında hər zaman Azərbaycanın işğal altındakı vətən torpaqlarının azad etmək üçün canlarını qurban verən şəhidləri heç vaxt unutmayacağını dediyini xatırladaq bu layihənin də o məqsədin bir parçası olduğunu vurğuladı.
 
Layihə çərçivəsində İkinci Qarabağ Savaşının axısxalı şəhidləri ilə bağlı hazırlanacaq 9 sənədli film  həm Türkiyədə və Azərbaycan televiziyalarında həm də DATÜB-ün rəsmi “Youtube” kanalında yayımlanacaq.








Redaktorun seçimi