İlahiyyat sahəsində ixtisaslaşan şəxslər üçün gender kursu keçirilib

Hit: 375
İlahiyyat sahəsində ixtisaslaşan şəxslər üçün gender kursu keçirilib
1 ay davam edən kursun nəticəsində uğurlu məzun olanlar mentorların dəstəyi ilə icmalarda qadınlara və qızlara qarşı ayrıseçkiliyin aradan qaldırılmasına yönəlik təlim və informasiya sessiyaları həyata keçirdilər 
 
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçiridiyi "Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində Azərbaycanda qadın və qızlara qarşı gender stereotipləri və ayrıseçkiliyin qarşısının alınmasına yönəlmiş fəaliyyətlərdə dini icma nümayəndələrinin iştirakını gücləndirmək üçün gender-transformativ bacarıqların artırılması layihəsi yekunlaşlaşmışdır.
 
Layihə nəticəsində ilahiyyat sahəsində çalışan və tədris alan 22 nəfər iştirakçı 1 ay davam edən gender kursunda iştirak etmiş və sertifikatlarla təmin edilmişlər. Ən uğurlu müdavimlər isə növbəti mərhələyə cəlb edilərək öz icmalarında əsasən gənc kişiləri və ataları əhatə edən qruplarda gender-əsaslı zorakılığa dair təlim və info-sessiyalar təşkil etmişlər. Ümumilikdə 1000-dən çox iştirakçı bu layihənin maarifləndirmə fəaliyyətindən faydalanmışdır.








Redaktorun seçimi