Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib

Hit: 452
Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib.
 
Müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, ümumi təhsil müəssisələrində istedadlı şagirdlərin iştirakı ilə professor Lütfi Zadənin elmi yaradıcılığına həsr olunmuş “Dəyirmi masa”,  “Açıq dərs” və bilik yarışlarının təşkili, onun həyat və fəaliyyətini əks etdirən real və virtual sərgilərin nümayişi nəzərdə tutulur.
 
Məktəblilər arasında Lütfi Zadənin 100 illiyinə həsr olunmuş məntiq, riyaziyyat və informatika  olimpiadaları,  ümumşəhər konfransı keçiriləcək.
 
Həmçinin görkəmli şəxsiyyətin həyat və yaradıcılığına dair multimedia resurslarının hazırlanması, açıq internet (“YouTube”, “Wikipedia “və s.) resurslarına və video.edu.az portalına yerləşdirilməsi planlaşdırılır.
 
Bundan başqa, “Azərbaycan müəllimi” qəzetində və “Azərbaycan məktəbi” jurnalında Lütfi Zadənin həyatı və elmi yaradıcılığına həsr olunmuş məqalələr dərc ediləcək.








Redaktorun seçimi