Xolqaraqaşlı kəndinin örüş sahəsi problemi həll olundu

Hit: 178
Xolqaraqaşlı kəndinin örüş sahəsi problemi həll olundu
Xolqaraqaşlı kənd sakinlərinin müraciəti əsasında, uzun müddət eyni kəndin sakinlərinin istifadəsində olan müxtəlif istifadəçilər tərəfindən istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaqlar kənd sakinlərinin ümumi rəyi əsasında kəndin ümumi istifadəsinə verilib.
 
Uzun illərdir Xolqaraqaşlı kəndinə torpaq islahatları aparılan zaman örüş sahəsinin ayrılmaması, kənddə fermer təsərrüfatı ilə məşğul olan şəxslərin örüş sahələrinin olmadığı üçün RİH Başçısının tapşırığı əsasında, torpaq komissiyası şəklində araşdırılıb, müqavilə müddəti bitən şəxslər yerlərdən çıxarılması, müqaviləsi qüvvədən olan şəxslərə kəndin başqa yerlərində əkin sahələri ilə təmin olunması qərarı qəbul olunub.
 
Kənd sakinlərinə yaxın seçilmiş ərazidən dövlət və bələdiyyə təyinatlı torpaqların ayrılması haqqında qərar qəbul olunub. COVİD-19 pandemiyası zamanıda açıq hava şəraitində müəyyən şəxslərin iştirakı ilə keçirilən görüşdə, RİH Başçısı Mirhəsən Seyidov mövcud problemin həlli üçün atılan addımları vətəndaşların diqqətinə çatdırıb. Xolqaraqaşlı kəndinin sakinləri, problemin həllində yaxından iştirak edən şəxslərə, Rayon İcra Hakimiyyətinə və ölkə başçısı Prezident İlham Əliyevə təşəkkür ediblər. 







Redaktorun seçimi