BDU alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda

Hit: 209
BDU alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev, fakültənin əməkdaşları Gülnaz Rzayeva və Aytəkin İbrahimovanın  həmmüəllifliyi ilə “Information security: Legal regulations in Azerbaijan and abroad” (“İnformasiya təhlükəsizliyi: Azərbaycanda və xaricdə hüquqi tənzimləmə”) adlı məqalə Web of Science və Scopus bazalarına daxil olan “Journal of Information Science” jurnalında dərc olunub. Q2 və Q3 kateqoriyalı jurnallar siyahısına daxil olan, eləcə də Nəşriyyat Etikası Komitəsinin (COPE) üzvü olan jurnalın impakt faktoru 2.410-dur.
 
Məqalədə dünyada və Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri araşdırılıb, Azərbaycanın və digər ölkələrin kibertəhlükəsizlik siyasəti və hüquqi tənzimləmələrin müqayisəli təhlili aparılıb. İnformasiya təhlükəsizliyinin hüquqi və texnoloji vasitələrlə təmin edilməsinin bir sıra aspektləri, habelə bəzi məlumat kateqoriyalarının təhlükəsizliyinin təmin edilməsinin spesifik xüsusiyyətləri vurğulanıb. Hər iki istiqamətdə tövsiyələr və nəticələr təqdim olunub.
 
Məqalə ilə tanış olmaq üçün linkə keçid edin:
 
https://journals.sagepub.com/eprint/QPIV7VTMICYRGUYIVEHM/full







Redaktorun seçimi