Mustafa Abbasbəyli Prezident mükafatına layiq görülən gənclə görüşüb

Hit: 190
Mustafa Abbasbəyli Prezident mükafatına layiq görülən gənclə görüşüb
Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Gənclər üçün Prezident mükafatı”na layiq görülən Abdulova Nərgiz Cövdət qızı ilə görüşüb.
 
M.Abbasbəyli Nərgiz Abdulovanı Prezident mükafatına layiq görülməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində nailiyyətlər arzulayıb. Sağlamlıq imkanları məhdud olmasına baxmayaraq, daim bacarıqlarını təkmilləşdirən Nərgiz Abdulovanın yeni uğurlara doğru irəliləmək əzminə malik olduğu bildirilib. 
 
Qeyd edək ki, Nərgiz Abdulova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial agent kimi çalışır. Bu gün ona Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər üçün Prezident mükafatı” təqdim edilib.







Redaktorun seçimi