İsmayıllıda pəlin mövsümü başlayır

Hit: 199
İsmayıllıda pəlin mövsümü başlayır
Azərbaycanın mirvarisi adlandırılan İsmayıllı təbiətinin zənginliyi ilə seçilir. Rayonda fəsillərə uyğun xarakterik bitkilər bitir. Təbiətin bəxş etdiyi bu bitkilərədən insanlar müxtəlif məqsədlərə istifadə edir. Qarın əriməsi ilə bitən ilk bitkilərdən olan pəl əhali arasında geniş istifadə olunur. Bəzi mənbələrdə ona tsiri, kambar, zərzər və xəzəzdə deyilir. Pəl bitkisinə meşələrdə, bataqlıq və  çürüntək olan məkanlarda rast gəlmək olar. Bu bitkinin mövsümü mart ayının ikinci ongünlüyündən başlayır və may ayınadək davam edir.
 
Meşə (yabanı) soğanı deyilən pəl bitkisi sarımsağın yaşıl zoğuna çox oxşayır və onun dadına bənzəyir, qutab və turşusu hazırlanır. Qutabı dadı-tamına görə digər qutablardan fərqlənir. 
 
Bir dəstə pəl bazarda 1 - 2 manata satılır. 
 
Xatırladaq ki, bu bitkinin tərkibində fitonsid adlanan maddə var ki, bu maddə antibakterial təsirə malikdir. Uzun sözün qısası bu bitki bədəndəki mikroblarla mübarizə aparmaqla immunitetin möhkəmlənməsinə yardımçı olur.
 
 Təbiətin bəxş etdiyi ləziz təamlardan dadmaq üçün İsmayıllıya səfər etməyiniz  məsləhətdir.