Avropalı kimi görünməyə çalışsaqda, qəbilə təfəkküründən qurtula bilmirik

Hit: 202
Avropalı kimi görünməyə çalışsaqda, qəbilə təfəkküründən qurtula bilmirik
Həyatımıza daxil olan bir çox yeniliklərin işləməməsinin səbəblərindən biri onların inkişaf etmiş ölkələrdən kopyalanıb, yerli şərtlərə uyğunlaşdırılaraq tətbiq edilməsinə çalışılmasıdır.
 
Təfəkkürümüzdən doğan yeniliklərə ehtiyacımız vardır. Təfəkkürə uyğun olmayan bir yeniliyin effektiv işləməsi şansı isə azalır  və ya adaptasiya dövrü çox uzun zaman alır.
 
Düşüncəmizdə Avropalı kimi görünməyə çalışırıq, amma şəxsi həyatımızda Asiyanın çöllərindəki qəbilə fərdlərindən fərqimiz yoxdur.  Avropa sayağı geyinmək, onlar kimi davranmak heç də  o dəyərlərə sahibik mənasını vermir.  Avropa o dəyərləri qazanmaq üçün inqilablar etmiş, 2 dünya müharibəsinə meydan olmuş, qan axıtmışdır. Biz  isə heç bir əziyyət çəkmədən onların mentalitetini və qanunlarını həyatımıza tətbiqinə çalışırıq.
 
Öz icadın olmayan bir şeyi əldə edə bilərsən, amma ehtiyat hissəsi lazım olduğunda hər zaman icad edənə bağlı bir yamaq olacaqsan.  Amma icadı təkmilləşdirib fabrikini qurarsansa bu asılılıq aradan qalxar.
 
Avropalı övladının sevgilisi olmasına etiraz etməz, amma övladının rüşvətlə təhsil almasına da razı olmaz.
 
Bizdə ki vəziyyət isə hamımıza məlumdur.
 
Müşfiq Məmmədov
(c) Visiontv.az







Redaktorun seçimi