“Can Azərbaycan, can Türkiyə” layihəsi çərçivəsində tanışılıq görüşü

Hit: 202
“Can Azərbaycan, can Türkiyə” layihəsi çərçivəsində tanışılıq  görüşü
Azərbaycan və Türkiyə məktəbliləri arasında onlayn görüş keçirilib.
 
“Can Azərbaycan, can Türkiyə” layihəsi çərçivəsində keçirilən tanışılıq görüşündə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 192 nömrəli tam orta məktəb, Türkiyənin “Milli Egemenlik Ortaokulu” və “Salihli Yenipazar İlkokulu”nun şagirdləri, müəllimlər iştirak ediblər.
 
Onlayn görüşün təşkil edilməsinin əsas məqsədi qarşılıqlı olaraq tariximiz və milli-mənəvi dəyərlərimiz barədə şagirdlərə məlumat vermək, Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və olanların əziz xatirəsini daim anmaq, qazanılan zəfərdə birliyin və həmrəyliyin müstəsna rolu  olduğunu geniş ictimaiyyətə bird aha çatdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan verməkdən ibarətdir.
Azərbaycan və Türkiyənin dövlət himnilərinin səsləndirilməsi ilə başlayan onlayn görüşdə çıxış edənlər Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər. 
 
Daha sonra şagirdlərin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar oxunub.







Redaktorun seçimi