Baş Dövlət Yol Polisi İdarəsi onları da diqqətdə saxladı - FOTOLAR

Hit: 499
Baş Dövlət Yol Polisi İdarəsi onları da diqqətdə saxladı - FOTOLAR

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər həyata keçirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Faktor.az-a açıqlamasında bildirib ki, bu məqsədlə gün ərzində sürücülərlə maarifləndirici söhbətlər aparılıb və əməkdaşlar tərəfindən xanım sürücülərə hədiyyələr təqdim olunub.

Vaqif Əsədov əlavə edib ki, sürücülərlə yanaşı Baş Dövlət Yol Polisi İdarəsi küçə və prospektlərin hər zaman təmizliyi ilə məşğul olan xanımları da yaddan çıxartmayıb. Onlar da yol polisi tərəfindən təbrik edilib, maarifləndirici söhbətlər aparılıb. Ümumilikdə də 200-dən çox sürücü və yolların təmizliyi ilə məşğul olan xanımlar yol polisi tərəfindən təbrik edilib.

 

1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi