Tanınmış ilahiyyatçı alim Hacı Əhlimanın doğum günüdür

Hit: 508
Tanınmış ilahiyyatçı alim Hacı Əhlimanın doğum günüdür
Bu gün Azərbaycanın tanınmış ilahiyyatçı alimi Hacı Əhliman Rüstəmovun doğum günüdür.
 
Faktor.az xatırladır ki, Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub.
 
1974-1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib.
 
Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib.
 
Əhliman Rüstəmov hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın görkəmli ruhani alimi mərhum molla Bəylərdən dərs alıb.
 
Nardaran qəsəbəsində Sahibəz Zaman (ə.c) mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir.
 
Bakı İslam Universitetini bitirib. Hal-hazırda həmin universitetin müəllimidir.
 
Ə. Rüstəmovun indiyənə kimi onlarla kitabı və yüzlərlə məqaləsi çıxmışdır.








Redaktorun seçimi