Millət vəkili Əminə Ağazadə seçicilərinin problemləri ilə maraqlanıb

Hit: 342
Millət vəkili Əminə Ağazadə seçicilərinin problemləri ilə maraqlanıb
Millət vəkili Əminə Ağazadənin Kürdəmir rayonunda növbəti görüşü rayonun Çöhranlı kəndində baş tutub. Kənd əhalisi ilə səmimi keçən görüşdə seçkilərdən sonrakı müddət ərzində həm ölkəmizdə, həm rayonumuzda baş vermiş hadisələr müzakirə edilib, kəndin sosial-məişət məsələlərinin həlli istiqamətində görüləcək işlər haqqında fikir mübadiləsi aparılib.
 
Deputat kəndin içməli su probleminin həll istiqamətində gördüyü işlər barəsində danışıb, müvafiq qurumlarla aparılan danışıqlar, layihələr haqqında ətraflı məlumat verib. Bundan əlavə, kəndin elektrik xəttlərində olan problemlərlə əlaqəli "Azərişıq" rəhbərliyi ilə görüşəcəyi barəsində seçiciləri məlumatlandılrlb. 
 
Görüşdə iştirak edən kənd ağsaqalları, ictimaiyyətin nümayəndələri Əminə xanıma işlərində uğurlar arzulayıb, seçiilərin problemlərinə göstərdiyi həssaslığa görə ona təşəkkürlərini bildiriblər.








Redaktorun seçimi