“Birlik Turniri”

Hit: 395
“Birlik Turniri”
5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman günüdür. “İrəli” İctimai Birliyi ölkəmizdə gənclər arasında bu günə olan fərqindəliyi artırmaq, Gənclər Təşkilatları arasındakı əlaqələri inkişaf etdirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq məqsədilə futbol üzrə "Birlik Turniri" həyata keçirəcək.
 
Günümüzdə pandemiyanın aktiv həyatımıza mənfi təsiri nəticəsində gənclər idmandan bir qədər kənarlaşıblar. Turnirin keçirilmə məqsədi də insanları, xüsusilə də futbola həvəsi olan bacarıqlı gəncləri aktiv və idmanlı günlərə geri qaytarmaq, koronavirusun ölkə üzrə statistikalarındakı azalmanın yaratdığı imkandan mümkün qədər çox yararlanmaq və gəncləri dinamik həyat tərzinə kökləməkdir. 
 
Karantin qaydalarına uyğun şəkildə həyata keçiriləcək turnirdə respublikamızda fəaliyyət göstərən aparıcı Gənclər Təşkilatlarını təmsil edən 10 nəfərdən ibarət 8 komanda çempionluq uğrunda mübarizə aparacaq. Turnirin sonunda ilk 3 yerin sahibləri şəhadətnamə, kubok və hədiyyələrlə mükafatlandırılacaq. 
 








Redaktorun seçimi