Qadınlarımız cəmiyyətin əsas dayaqları hesab olunur - Rektordan TƏBRİK!

Hit: 329
Qadınlarımız cəmiyyətin əsas dayaqları hesab olunur - Rektordan TƏBRİK!
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə öz təbriklərini çatdırıb.

Faktor.az xəbər verir ki, təbrikdə deyilir:
 
"Əziz və dəyərli xanımlar,
 
Sizi, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram!
Azərbaycanda qadınlar bütün sahələrdə hər zaman öz nümunəvi fəaliyyətilə seçilib. Ötən ilin sonu 44 günlük Vətən müharibəsində də əldə etdiyimiz zəfərdə qadınlarımızın, xüsusilə də analarımızın rolu danılmazdır. Məhz onların Vətənə, xalqa layiqli vətəndaş kimi yetişdirdiyi övladları Azərbaycanın işğal olunmuş ərazilərini düşməndən azad etdi və hər birimizə qələbə sevinci yaşatdı. Bu mənada qadınlarımız həm də cəmiyyətin əsas dayaqları hesab olunur. 
 
Qadın gələcəyin savadlı gəncinin yetişməsində, onun dünyagörüşünün formalaşmasında da böyük rol oynayır.
Azərbaycan Texniki Universitetində (AzTU) çalışan xanımlar da elmin və təhsilin inkişafında xidmətlərini əsirgəmirlər. 
Məhz onların timsalında bütün Azərbaycan xanımlarını bir daha təbrik edir, hər birinə cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzu edirəm! 
 
Bayramınız mübarək!








Redaktorun seçimi