Şəhidlik zirvəsinə ucalmış Vüsal Teymurov yad edilib

Hit: 357
Şəhidlik zirvəsinə ucalmış Vüsal Teymurov yad edilib
Martın 4-də Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Teymurov Vüsal Zakir oğlunun doğum günü münasibətilə Səbail RİH başçısı, RİHB-nın məsul əməkdaşları şəhidin ailəsinə baş çəkmiş, daha sonra Vüsal Teymurovun məzarı ziyarət edilərək xatirəsi sonsuz ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq,  xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
 
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, övladlarının doğum günündə onun xatirəsinin yad olunmasını Vüsalın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirmişlər.







Redaktorun seçimi