BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub

Hit: 669
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub
4 mart 2021-ci il tarixindən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq BŞTİ-nin kollektivi  vaksinasiya prosesinə qoşulub.
 
Modul tipli xəstəxanada həyata keçirilən vaksinasiya prosesinə BŞTİ-nin müdiri Mehriban Vəliyeva başda olmaqla  yaşı 50 və daha yuxarı olan heyət  cəlb olunub.
 
Qeyd edək ki,  3 mart 2021-ci il tarixindən təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün də vaksinasiya prosesinə start verilib. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb.  Vaksinasiya prosesinə paytaxt üzrə 20 000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur.
 
Onu da qeyd edək ki, koronavirus pandemiyası şəraitində normal iş mühitinin davam etdirilməsini istəyən və  sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri  vaksinasiya prosesində fəal iştirak edirlər.








Redaktorun seçimi