Əmanət Layihəsinin ''Fevral 2021'' Hesabatı

Hit: 576
Əmanət Layihəsinin ''Fevral 2021'' Hesabatı
ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi fevral ayının hesabatını verib.
 
Faktor.az layihənin hesabatını təqdim edir.
 
Hazırda 60-dan çox şəhid və qazi ailə üzvü layihə çərçivəsində dərslərə qoşulur. Bəzi şagirdlər bir neçə fənn dərslərində iştirak edir. Şagirdlərin dərslərdə iştirakı və hazırlıq keyfiyyəti barədə müəllimlərin fikirləri müsbətdir. Keçirilən imtahanlarda şagirdlərimiz yüksək nəticələr göstərir. 
 
Layihənin KİV-də tanıtımı davam edir. Fevral ayında Azərbaycan Dövlət Radiosunda qonaq olduq və  layihə haqqında ictimaiyyətə geniş məlumat verdik.
 
Şagirdlərimizin texniki problemlərinin həlli üçün bir şəhid ailəsinə planşet, bir qazı ailəsinə telefon və laptop hədiyyə edildi. Artıq şagirdlərimiz dərslərə qoşula bilirlər.
 
Şagirdlər üçün ilk kütəvi tədbir, Qiraət Saatı həyata keçirildi. Qeyd edək ki, Qiraət Saatı layihəsi davamlı olacaq.
 
İstedadlı şəhid və qazi övladlarının video təqdimat və sərgisi həyata keçirildi. Sərgidə 6 nəfər şəhid və qazi övladının əl işləri ictimaiyyətə təqdim olundu.
 
Şəhid və qazi övladları üçün ilk dəfə tur təşkil edildi, şagirdlərimiz İçərişəhərlə tanış oldular.
 
Region tələbələrimizə iki bağlama dərs vəsaiti hədiyyə göndərildi.
 
Bir tələbəmizin xaricdə magistratura təhsili üçün konsultasiya təşkil edildi.
 
Layihə könüllüləri 4 şəhid övladının doğum günündə iştirak etdi.
 
Ailə ziyarətlərimiz davam edir, ailə ziyarətlərində onlayn dərs deyən müəllimlərlə şagirdlərin real görüşü həyata keçirilir. Ailə ziyarətləri zamanı şagirdlərimizə dərs vəsaitləri, zəka oyunları və uşaq ədəbiyyatı nümunələrindən ibarət hədiyyə dəstləri təqdim olunur.








Redaktorun seçimi