“Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” rəsm müsabiqəsinin qalibləri elan olundu

Hit: 518
“Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” rəsm müsabiqəsinin qalibləri elan olundu
Bakı Dövlət Universitetinin tələbə və magistrantları arasında elan olunmuş “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” onlayn rəsm müsabiqəsinin nəticələri elan olunub. Komissiya üzvlərinin qərarına əsasən:
 
1-ci yerə - Beynəlxalq münasibətlər və iqtisadiyyat  fakültəsinin 1-ci kurs magistrantı Qurbanov Fərid Mayıl oğlu;
 
2-ci yerə - Mexanika-riyaziyyat fakültəsinin 2-ci kurs tələbəsi Nəcəfova Çiçək Fizuli qızı;
 
3-cü yerə - Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Əhmədova Leyla Riza qızı layiq görülüb.
 
Qaliblər müvafiq olaraq, I yer - 300 manat, II yer - 250 manat, III yer - 200 manat pul mükafatı və diplomla təltif ediləcək, rəsmlər BDU-nun rəsmi saytı, sosial media hesablarında dərc olunacaqdır.
 
Qalibləri  təbrik edir, onlara təhsillərində və yaradıcılıqlarında uğurlar arzulayırıq.








Redaktorun seçimi