"O, bu sevgini əməli ilə qazanıb" - Azərbaycanlı alim məşhur generalı təbrik edir

Hit: 421
"O, bu sevgini əməli ilə qazanıb" - Azərbaycanlı alim məşhur generalı təbrik edir
Hikmət Mirzəyev...
 
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant.
 
Onun ad günü hər 4 ildən bir, yəni fevral ayının 29-a təsadüf etdiyindən təbriklərimi bu gün çatdırmaq istədim. 
 
O, Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı altında müasir Azərbaycanımızın hərb tarixində xalq tərəfindən səmimi qəlbdən sevilən və bundan sonra da seviləcək nadir generallardandır. 
 
O, bu sevgini başqaları kimi "qısametrajlı filmlər"lə və "ucuz" yazılarla deyil, əməli ilə qazanıb. Onu yaxından tanıyanlar bilir ki, hər əməlinin əsasında dövlətə və millətə əvəzsiz sevgi üzərində qurulan layiqli xidmət dayanır. Elə bir sevgi dolu xidmət ki, orada ölüm olumdan daha yaxındır. Onun hər dəfəsində ölümü gözə ala bilmə məktəbi isə arxasınca gələn minlərlə zabitə Vətən sevgisi dərsini verir. Məhz bu əvəzsiz xidmətlərinə görə və hər dəfəsində də Vətənə olan sevgisinin tükənmədiyinə görə biz ona bir ömürlük həm sevgi, həm də təşəkkür borcluyuq. 
 
Ad gününüz mübarək, cənab general-leytenant! Siz və yetirmələriniz var olun ki, Vətən də var olsun!
 
Nuran Abdullayev,
Azərbaycanlı alim, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri,
Köln Universiteti Klinikasının tibb elmləri doktoru








Redaktorun seçimi