Oğlum Vətən müharibəsindən əli boş qayıtmadı, özü ilə zəfər gətirdi!

Hit: 451
Oğlum Vətən müharibəsindən əli boş qayıtmadı, özü ilə zəfər gətirdi!
Deyirlər dərdin kiçiyi, böyüyü olmur. Ancaq elə deyil, dərdin ən böyüyü elə Vətən, torpaq, azadlıq dərdidir. Bu dərdin yolunda bizim balalarımız şəhid oldular. Vətən yaşasın deyə onlar heç bir şeyi göz önünə almadan cavan canlarından keçdilər və düşmənə qaya kimi sipər oldular, dağ kimi dayandılar onların qabağında. Bütün dünya şahidi oldu ki,  xalqımız çox vətənpərvər, qəhrəman xalqdır.
 
Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günün içində həyata keçirdi. Böyük zəfərə imza atdıq. Bu qələbəylə hər kəsə, bütün dünyaya sübut   etdik ki, çox gücü xalqımız və ordumuz var.
Bilirik ki, müharibə olan dövlətlərdə mütləq şəhidlər də olur. Mənim oğlum da Vətən yolunda canını fəda elədi. Bir şəhid atası kimi özümə fəxr bilirəm ki, oğlum torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid oldu. Bü gün bütün şahid ailələri  onlara göstərilən dövlət qayğısından razılıqlarını bildirirlər.Bütün bu qayğı, sosial dəstək Cənab Prezidentin tapşırıq və ortaya qoyduğu güclü iradə sayəsində mümkün olmuşdur. Ölkə başçısının gərgin əməyi sayəsində Azərbaycan güclü dövlətə çevlidi, güclü ordumuzun olduğunu bir daha dünyaya sübut etdi. Necə ki 44 günlük müharibədə Azərbaycan xalqı Ali Baş Komandanın yanında oldu, bundan sonra da dəmir yumruq olmağa hazırıq. Fəxr edirik ki, oğlum Mirzağanın və neçə-neçə igid oğlularımızın qanı yerdə qalmadı. Önların şücaəti sayəsində 44 günün içində dədə-baba torpaqlarımz geri alındı. 
 
Ölkə başçısı və birinci xanım Mehriban Əliyeva tərəfindən hər zaman biz şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır, şəhid ailələrinə hər cür lazımi dəstək göstərilir.
Müvafiq sərəncamınızla təsis edilmiş Yaşat fondunun nümayəndələri hər bir şəhid ailəsinə baş çəkir, onların sosial mənzil şəraitləri ilə maraqlanırlar.Qeyd etmək istəyirəm ki, sadaladığım bütün bu humanist yönümlü  addımlar biz şəhid ailələri tərəfindən çox yüksək qiymətləndirilir.
Müharibənin bitməsindən az vaxt keçməsinə baxmayaraq şəhid ailələri mənzillərlə, pensiyalarla, müavinətlərlə təmin olunurlar. Bu, bir daha sübut edir ki, biz şəhid ailələri Prezidentin daimi diqqətindəyik.
 
Mən bu gün bir vətəndaş, bir şəhid atası  kimi bir daha əmin oldum ki, Cənab Prezidentin siyasətinin əsas məqsədi  hər bir vətəndaşa qarşı ədalət və humanistlik göstərməkdir. Bir daha əmin oldum ki, bu gün ölkəmizdə sosial ədalət hər şeydən üstün tutulur və Azərbaycan vətəndaşına Azərbaycan Prezidenti qədər qayğıkeş və Azərbaycan Prezidenti qədər yaxın olan başqa birisi yoxdur.
 
Vətən müharibəsi zamanı şəhid olmuş Mirzağa Əliyevin
Atası Məmmədbağır Əliyev
 
 
 
 








Redaktorun seçimi