BDU-da keçirilmiş növbəti elmi seminarda dəniz ekologiyasından danışılıb

Hit: 416
BDU-da keçirilmiş növbəti elmi seminarda dəniz ekologiyasından danışılıb
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində “Ağır metallar və biogen elementlərin dənizdibi çöküntüləri - dib suları sistemində miqrasiya və mübadiləsinin kimyəvi və ekotoksikoloji qiymətləndirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.
 
Seminarda Ekoloji kimya kafedrasının doktorantı Cəmil Quliyev mövzu ilə bağlı məruzə edib. Çıxışda dənizdibi çöküntüləri - dib suları sistemində ağır metalların miqrasiyası, o cümlədən ağır metalların və biogen elementlərin mübadiləsinin kimyəvi və ekotoksikoloji qiymətləndirilməsi məsələlərinə toxunulub.








Redaktorun seçimi