BDU-nun tələbəsi Mədəniyyət Nazirliyinin ədəbiyyat müsabiqəsinin qalibi oldu

Hit: 759
BDU-nun tələbəsi Mədəniyyət Nazirliyinin ədəbiyyat müsabiqəsinin qalibi oldu
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin IV kurs tələbəsi Fərhad Kərimli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi “Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”ndə “Peşəkar yaradıcı şəxslər” kateqoriyasında hekayə janrı üzrə I yerə layiq görülüb.
“Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nə ümumilikdə 321 əsər təqdim edilib. “Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 50, “Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 193, “10-15 yaş arası uşaqlar” kateqoriyası üzrə 25 əsər iştirak edib. Fərhad Kərimli “Bir qucaq torpaq” adlı hekayəsi ilə müsabiqəyə qatılıb və qalib elan olunub.
 
Qeyd edək ki, “Peşəkar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 1500 manat pul mükafatı ayrılıb.
 
Fərhad Kərimlini təbrik edir, təhsilində və yaradıcılığında ona yeni-yeni uğurlar arzulayırıq.








Redaktorun seçimi