Suqovuşana icazəsiz getmək istəyənlər saxlanıldı

Hit: 499
Suqovuşana icazəsiz getmək istəyənlər saxlanıldı
İşğaldan azad olunmuş Suqovuşan kəndinə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.
 
DİN Mətbat xidmətindən  verilən məlumata görə, fevralın 23-də axşam saat 11 radələrində Tərtər RPŞ əməkdaşları tərəfindən rayonun işğaldan azad olunmuş Suqovuşan kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.
 
Araşdırmalarla onların Kəlbəcər rayon sakini Turan Həsənli, Bərdə rayon sakini İxtiyar Musayev və Gəncə şəhər sakini Arzu Musayev olmaları müəyyən edilib.
 
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.








Redaktorun seçimi