Müsabiqəyə yekun vurulub

Hit: 491
Müsabiqəyə yekun vurulub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən videotəqdimat müsabiqəsinin qalibləri bəlli olub.
 
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-IX siniflərində təhsil alan şagirdlər arasında təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.
 
Müsabiqənin nəticələrinə əsasən, 53 nömrəli tam orta məktəbin şagirdləri Yusif Qiyaslı və Nərmin Yusifzadə, 86 nömrəli tam orta məktəbin şagirdi Fatimə Əhədli, 234 nömrəli tam orta məktəbin şagirdi Əsli Mehdizadə, 189-190 nömrəli tam orta məktəbin şagirdi Vüsal Bağırlı, 310 nömrəli tam orta məktəbin şagirdi Ülkər Paşayeva “Təşəkkürnamə” ilə təltif edilib.
 
Paytaxtdakı 68 nömrəli tam orta məktəbin şagirdi Dilarə Həsənova, 53 nömrəli tam orta məktəbin şagirdi Ümid Qurbanov, 261 nömrəli məktəb-liseyin şagirdi Nəzrin Məmmədova, 17 nömrəli tam orta məktəbin şagirdi Rüfət Əhmədov, 126 nömrəli tam orta məktəbin şagirdi Elmar Əbdülrəhimov həvəsləndirici yeri tutduqları üçün "Tərifnamə"yə layiq görülüb.
 
Bundan əlavə, 294 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Məmmədzadə, 17 nömrəli tam orta məktəbin şagirdi Aysu Fərzullayeva, 110 nömrəli tam orta məktəbin şagirdi Gülşən Zamanova, 26 nömrəli tam orta məktəbin şagirdi Aylin Hüseynli və 139 nömrəli tam orta məktəbin şagirdi Xədicə İmamverdiyeva isə iştirakına görə “Tərifnamə” ilə təltif olunub.
 
“Vətənin qəhrəman oğulları” onlayn videotəqdimat müsabiqəsinə ümumilikdə 250-dən artıq iş təqdim olunub. Təxminən 5 dəqiqəlik videotəqdimatlar Münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirilmə zamanı sərbəstlik, söz ehtiyatının zənginliyi, dolğun və əhatəli məzmun, irəli sürülən fikirlərin faktlarla əsaslandırılması əsas meyarlar kimi götürülüb.








Redaktorun seçimi