Şəhidlərinin xatirəsinə həsr olunan animasiya - VİDEO

Hit: 831
Şəhidlərinin xatirəsinə həsr olunan animasiya - VİDEO
Qələbəmizin əldə olunmasında, 44 günlük Vətən müharibəsində iştirak edən hər bir qəhrəmanımız kimi Azərbaycan Texniki Universitetinin (AzTU) və kolleclərinin tələbə və məzunlarının da rolu danılmazdır. Onlardan 29 nəfəri  qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. AzTU Vətən uğrunda canından keçən tələbə və məzunlarının xatirəsini hər zaman əziz tutur, bundan sonra da belə olacaq.
 
AzTU-nun tələbə-rektoru Əli Abdullazadənin təşəbbüsü ilə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn tələbə və məzunlara həsr olunan “Vətən sağ olsun” animasiyası da onların əziz xatirəsinə hörmət və ehtiramın ifadəsidir.
 
Rəssam Naqiyə Rzayevanın qumla yaratdığı animasiyanı Emin Hüseynov və AzTU-nun məzunu Nazim Şərbətov lentə alıb. 10 dəqiqəlik videoda qəhrəmanların universitetə daxil olduğu ildən şəhid olduğu dövrədək bütün məqamlar əks olunub. Qeyd edək ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
 
Allah şəhidlərimizə rəhmət eləsin!
 
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!







Redaktorun seçimi