“Vəlioğlu 2018” İnternat Məzunlarının mikrobiznes təşəbbüslərinə dəstək oldu

Hit: 702
“Vəlioğlu 2018” İnternat Məzunlarının mikrobiznes təşəbbüslərinə dəstək oldu
“Vəlioğlu 2018“ MMC hər zaman Korporativ Sosial Məsuliyyət nümunələri ilə seçilən şirkətlərdəndir. Şirkət daim sosial və həssas qruplardan olan sektorun dəstəklənməsində mühüm işlər görür.
 
Ənənəsinə sadiq qalan şirkət “Marsol” MMC ilə birgə istər pandemiya dövründə, istərsə də 44 günlük zəfər dolu Vətən müharibəsində də öz Korporativ Sosial Məsuliyyətinə sadiq qalmışdır.
 
Bu gün isə daha bir yeniliyə imza atan şirkət, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin təşəbbüsü ilə internat evlərinin məzunlarının peşəyönlü fəaliyyət sahəsində qurmaq istədikləri mikrobiznesə öz dəstəyini göstərmişdir. Mikrobiznesdə avadanlıqların daşınması üçün son dərəcə zəruri olan minik avtomobili qoşqusu bu gün əməkdaşları internat məzunlarından təşkil olunmuş Birliyin sədri Araz Əhmədova hədiyyə edilmişdir. 
 
İnternat evləri məzunlarının məşğulluğunun artırılmasında, onların peşə bacarıqlarının və peşə vərdişlərinin artırılması sahəsində başladıqları mikro biznes üçün zəruri olan minik avtomobili qoşqusunun hədiyyə edilməsi barədə “Vəlioğlu 2018“ MMC-nin təsisçisi Əkbərov ZaurVəli oğlu qeyd edib ki, şirkət hər zaman öz məsuliyyətinə sadiq qalaraq internat məzunlarının əməyə, məşğulluğa olan səylərini dəstəkləyir. Eyni zamanda, internat məzunlarının başladıqları işə kiçik bir töhfə verməklə biznes sektorunun internat məzunlarının qayğı və probelemlərinə biganə qalmadıqlarını göstərir. ƏkbərovZaur Vəli oğlu internat məzunlarının gələcəkdə Vəlioğlu-2018 MMC-də işlə təmin edilməsi, onların təşəbbüslərinə dəstək verilməsi də şirkətin planlarına daxildir. ƏkbərovZaur Vəli oğlu qeyd edib ki, cənab Prezidentin sosial məsuliyyət çağırışları biznes sektoru üçün önəmlidir və gücümüz çatdığı səviyyələrdə hər zaman cənab Prezidentin və Mehriban xanım Əliyevanın timsalında yaranmış xoş nümunələrdən biz də öz profilimiz üzrə faydalı olmalıyıq.
 
“İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Sədri Araz Əhmədov məzunların qayğı və problemlərinin həllində cənab Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətinin olduğunu və bu diqqət nümunəsi əsasında biznes sektorunun öz imkanları çərçivəsində iştirakını yüksək dəyərləndirib. Araz Əhmədov qeyd edib ki, bu gün “Vəlioğlu 2018” MMC tərəfindən hədiyyə edilən minik avtomobil qoşqusu onların başladıqları mikrobiznes sahəsində avadanlıqların, mal və materialların daşınmasında son dərəcə zəruri bir alətdir. 
 
“Marsol” MMC-nin rəhbəri Tural Mustafayev də Marsol şirkəti ilə əməkdaşlıq edən bu müəssisənin hər zaman sosial məsuliyyət tədbirlərinə xüsusi önəm verdiyini qeyd edib. Tural Mustafayev qeyd edib ki, rəhbərlik etdiyi şirkət hər zaman Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının da yaxından dəstəyi ilə bir çox layihələrə imza atıb. Bu addımı orta biznes sektorunun mikro sahibkarlığın inkişafına töhfəsi kimi dəyərləndirən Tural Mustafayev bu cür təşəbbüslərin bundan sonra da davam etdiriləcəyini qeyd edib. 
 








Redaktorun seçimi