Şəhid Mikayıl Mikayılzadə - Şəhidlərimizi tanıyaq! - VİDEO - FOTOLAR

Hit: 3464
Şəhid Mikayıl Mikayılzadə - Şəhidlərimizi tanıyaq! - VİDEO - FOTOLAR
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik çavuşu olan şəhid Mikayıl Mikayılzadə ikinci Qarabağ döyüşlərində böyük qəhramanlıqlar göstərib.
 
Faktor.az xəbər verir ki,  M.Mikayılzadə təkcə Şuşa uğrunda gedən döyüşlərdə bir sıra zabit və əsgər yoldaşlarının həyatınl xilas edib, düşmənə ağır zərbələr endirib.

Ailəli idi. Bir oğlu yadigar qaldı.
 
Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik çavuşu olan Mikayıl Mikayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mikayıl Mikayılzadə noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
 
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayılzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib
 
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayılzadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah Şəhidlərimizə rəhmət eləsin...
1
1
1








Redaktorun seçimi